BANK

"Bank Standard"ın qarşısında – İZDİHAM
11 OKTYABR
2145

"Bank Standard"ın qarşısında – İZDİHAM

2016-10-11 11:40:00

Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əmanətçilərinə bu gündən etibarən kompensasiya ödənişinə başlanması Bankın baş ofisinin qarşısında izdiham yaradıb. Buna səbəb "Bank Standard"ın filiallarının müştərilərinin də pulunu almaq üçün baş ofisə üz tutması olub.

Fins.az xəbər verir ki, bu gün səhər saat 9-dan etibarən bankın müştərilərinə əmanətlərin qaytarılmasına başlanıb. Əmanətlərin Sığortalanması Fondunun  sədri Azad Cavadov bildirib ki, proses axşam saat 8-dək davam edəcək. Bu saatlaradək 20 nəfərin əmanəti qaytarılıb. 

Fond sədri kompensasiya ödənişlərinin 1 il ərzində davam edəcəyini bildirib. Gün ərzində 500 nəfərədək vətəndaşın əmanəti qaytarıla bilər. Əhali əmanətlərini almaq üçün "Bank Standard"in bütün regional bölmələrinə və filiallarına müraciət edə bilərlər. 

Əmanətçilərin sayının çox olduğu və baş verə biləcək xoşagəlməz hallar nəzərə alınaraq "Bank Standard"ın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə xeyli sayda post-patrul xidmətinin əməkdaşları, eləcə də təcili tibbi yardım xidməti cəlb edilib. 

Qeyd edək ki, əmanətçilərin pulu növbəyə yazılmaqla qaytarılır. Bunun üçün ilk növbədə onlara Əmanətlərin Sığortalanması Fondunun adına yazılmış kompensasiyanın ödənilməsi haqqında ərizə forması təqdim olunur. Ərizə doldurulduqdan sonra əmanətçiyə ödəniş verilir.

Mənbə: Report/FİNS.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272