BANK

Bakı sakinləri krediti hansı məqsədlə alırlar?
06 OKTYABR
355

Bakı sakinləri krediti hansı məqsədlə alırlar?

2016-10-06 16:43:00

Pul var olduğunu gündən bu yana hər kəsə lazım olan və heç vaxt vacibliyini itirməyən şeylərdən biridir.

Hal-hazırda ölkəmizdə baş verən iqtisadi gərginliyin fonunda əhalinin pula olan təlabatındakı artımı danmaq olmaz. Demək olar ki, hər gün minlərlə insan bu və ya digər səbəbdən banklara, Kredit təşkilatlarına kredit üçün müraciət edirlər.

Bəs, Bakı sakinlərini bank krediti almağa məcbur edən səbəblər nələrdir?

“ACT Azərbaycan”ın 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edirik.

Rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var. Onların beşdə biri (20%) krediti məhz yaşayış səviyyəsini yaxşılaşdırmaq niyyəti ilə götürdüklərini bildiriblər.

Təmir üçün banka üz tutanlar sorğuda 12 % təşkil edib. Eyni faiz göstəricisi (12%) kreditə müalicə almaq üçün girənlərə məxsusdur. Mənzil sahibi olmaq üçün banka üz tutanlar sorğuda 10%, məişət texnikası əldə etməj istəyənlər isə 8 % təşkil edib.

Hal-hazırda kredit ödəyənlərin 45%-ni kişilər təşkil edir. Qadınlar kreditə çox da müsbət yanaşmır. Belə ki, rəyi soruşulan qadınların 70%-i kredit borcunun olmadığını bildirib.

Kredit götürənlərin 43 %-ni 35-54 yaş aralığında olan şəxslər təşkil edir.18-34 yaş aralığına mənsub repondentlərin 70% -i kreditdən istifadə etmədiklərini bildiriblər.

Maraqlısı odur ki, 18-34 (16%) və 35-54 (18%) yaş aralığında olan respondentlər krediti əsasən maddi durumlarını yaxşılaşdırmaq, 55 və çox yaşı olanlar isə sırf müalicə almaq üçün (33%) götürürlər.

Hal-hazırda heç bir bank krediti olmayanların cəmi 19%-i yaxın bir il ərzində kredit götürməyi düşündüyünü bildirib.

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272