BANK

Bir aydan sonra dollar satmağa başladı – MƏBLƏĞ
05 OKTYABR
1881

Bir aydan sonra dollar satmağa başladı – MƏBLƏĞ

2016-10-05 16:40:00

Daha bir bank  bu gündən yəni, oktyabr ayının 5-dən etibarən xarici valyuta satışını bərpa edib. Fins.az-ın məlumatına görə, söhbət “Bank VTB (Azərbaycan)”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, hazırda  avro satışı  limitsizdir. Dollar üzrə isə bir nəfərə 2000 limitlə satış həyata keçirilir. Qeyd edək ki, dolların məzənnəsi ilə bağlı ajiotaj yaranandan etibarən bank bir aydan çoxdur ki xarici valyuta satışı dayandırmışdı.

Hazırda bankda dolların alış məzənnəsi 1.5800 manat, satış məzənnəsi 1.6400 manatdır. Avronu bank 1.7720 manata alıb, 1.8300 manata satır.

Xatırladaq ki, bununla da ölkədə dollar satan bankların sayı avqust ayının sonundan etibarən ilk dəfə 31-ə çatıb.Hazırda yalnız bir bank -“PAŞA Bank” dollar satışını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270