BANK

Lizinq şirkətinin gəlirləri ikiqat azalıb
22 SENTYABR
207

Lizinq şirkətinin gəlirləri ikiqat azalıb

2016-09-22 14:56:00

“Union Lizinq” ASC 2016-cı ilin birinci yarısını 152 min 944 manat mənfəət ilə başa vurub. ASC ötən ilin eyni dövründə 7 milyon manatdan çox zərər açıqlamışdı.

“Marja” ASC-nin hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin birinci yarısında şirkətin əsas əməliyyat gəliri 1 milyon 567 min manat təşkil edib. Bu məbləğ, ötən ilin anoloji dövrü ilə müqayisədə 2,3 dəfə azdır. Şirkət ötən ilin Yanvar – İyun ayları ərzində 3 milyon 640 min manat əsas əməliyyat gəliri əldə etmişdi.

30 İyun 2016-cı il tarixində “Union Lizinq” 20,89 milyon manat cəmi aktivlərə, 27,67 milyon manat cəmi öhdəliklərə malik olub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270