BANK

"Muğanbank"ın likvidliyə ehtiyacı var idi..." - MÜNASİBƏT
16 SENTYABR
488

"Muğanbank"ın likvidliyə ehtiyacı var idi..." - MÜNASİBƏT

2016-09-16 14:29:00

"Kapital Bank" ASC-nin hansısa bankdan problemli kredit alması ilə bağlı xəbərlər əsassızdır.

Bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

"Yəqin ki, söhbət guya "Kapital Bank"ın "Muğanbank"dan problemli kredit almağı ilə bağlı yayılan xəbərlərdən gedir. Biz heç bir bankdan problemli kredit almırıq. Əksinə, biz sağlam kredit almışıq. Söhbət istehlak kreditlərindən gedir. "Muğanbank"ın likvidliyə ehtiyacı var idi, biz də öz təklifimizi etdik. Beləliklə, "Muğanbank" likvidliklə təmin olundu", - deyə R. Allahverdiyev qeyd edib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271