BANK

Dollar satmayan bankların sayı – 17-YƏ ÇATDI
31 AVQUST
1330

Dollar satmayan bankların sayı – 17-YƏ ÇATDI

2016-08-31 14:37:00

Avqustun 31-də daha üç bank dollar satışını dayandırıb. Söhbət “Dəmirbank”, “Bank Respublika” və Pakistan Milli Bankının Bakı filialından  gedir.  Fins.az-ın məlumatına görə, “Bank Respublika”və “Dəmirbank” avqustun 30-da satışlara 100 dollara kimi, Pakistan Milli Bankının Bakı filial isə 500 dollara kimi  limit qoysa da, bu gün üçün dollar satışı tamamilə dayandırılıb. Banklardan fins.az-a verilən məlumata görə, dollar satışı alışa uyğun olaraq aparılır.Kassada dollar olmadığı üçün satış da dayandırılıb. Bununla da ölkə də dollar satışını dayandıran bankların sayı 17-yə çatdı.

Fins.az həmin bankların siyahısını təqdim edir:

1

  “NBC Bank”

2

“AFB Bank”

3

“AGBank”

4

“Atabank”

5

“Bank Avrasiya”

6

“Bank Silk Vey”

7

“Bank Standard”

8

“Bank VTB (Azərbaycan)”

9

“Xalq Bank”

10

İran Milli Bankının Bakı filialı

11

“Muğanbank”

12

“Naxçıvanbank”

13

"BTB BANK"

14

“Nikoyl Bank”

15

“Dəmirbank”

16

“Bank Respublika”

17

Pakistan Milli Bankının Bakı filialı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271