BANK

Turistlərin dollar probleminə - PALATADAN AÇIQLAMA
24 AVQUST
980

Turistlərin dollar probleminə - PALATADAN AÇIQLAMA

2016-08-24 18:39:00

Bakıya gələn turistlərin xarici valyutanı manata çevirmələri sahəsində heç bir problemləri yoxdur. Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası sədrinin müşaviri Rüfət Abbasov həftəsonları paytaxtda və regionlarda turistlərin valyuta dəyişməklə bağlı qarşıladıqları problemlərə münasibət bildirərkən deyib. 

Bildirib ki, hava limanında  və hotellərdə, ticarət mərkəzlərində   mübadilə  avtomatları quraşdırılıb: 

"Heydər Əliyev Beynəlxalq Aeroportunda 24 saat fəaliyyət göstərən bank şöbəsində valyuta mübadiləsi həyata keçirmək mümkündür. Həmçinin, Bakının "Hyatt Park", "Hilton", "Fairmont" kimi mehmanxanalarında bank şöbələri var, digər mehmanxalarda valyuta mübadiləsi avtomatları mövcuddur və bunların hamısı həftəsonu da çalışırlar. "Gənclik Mall" və “Park Bulvar”  ticarət mərkəzlərində həftənin 7 günü saat 22:00-a kimi  fəaliyyət göstərən bank filialları, “28 Mall” ticart mərkəzində isə valyuta mübadiləsi avtomatı var. Bununla yanaşı 10-dan çox bank filialı və şöbəsi həftənin 7 günü çalışır və onlardan ikisi 24 saat fəaliyyət göstərir”.

Rüfət Abbasov əlavə etdi ki, Palata "Formula 1" zamanı Bakının mərkəzində xüsusi iş rejimində fəaliyyət göstərən bank filial və şöbələrinin siyahısı və xəritəsini bütün mehmanxanalara təqdim etmişdi:

“Hazırda isə Bakı və Azərbaycanın əsas turizm zonaları olan Qəbələ, Quba, Şəki, Lənkəran, Gəncə və digər şəhərlərdə fəaliyyət göstərən bank filial və şöbələri barədə xüsusi broşur hazırlayırıq və bunu bütün mühmanxalara təqdim edəcəyik. Həmçinin, broşur Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə ölkəmizə gələn turistlərə təqdim edilməsi üçün  bütün  turizm şirkətlərinə veriləcək. Bizim xüsusi monitorinq qrupumuz bu məsələni araşdırır və indiyə kimi belə bir faktlar qeydə alınmayıb. Bu məsələ Palatanın rəhbərliyinin nəzarətində olan məsələdir”.

 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275