BANK

“ABA” və “IFC” birgə konfrans keçirəcək
19 AVQUST
190

“ABA” və “IFC” birgə konfrans keçirəcək

2016-08-19 15:37:00

Azərbaycan Banklar Assosiasiyasından (ABA) BBN.az  saytına daxil olan məlumata əsasən, 14 sentyabr 2016-cı il tarixdə ABA və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Azərbaycanda Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi” ilə bağlı  “Daşınar əmlakın yüklülüyü islahatı” adlı konfransı baş tutacaq

Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zəruriyyət, hazırlanmış qanun layihəsinin  vacib müddəaları, uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi barədə təqdimatlar nümayiş etdiriləcək.

Qeyd edək ki,  daşınar əmlakın girov kimi göstərilməsi sonda orta və kiçik sahibkarlara kreditin verilməsini rahatlaşdıracaq, ödəmə qabiliyyəti olan amma girov qismində daşınmaz əmlaka sahib olmayan şəxslər üçün yeni imkanlar yaradacaq.

Mənbə: bbn.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272