BANK

Müflis olan banka inzibatçı təyin olundu – YENİLƏNİB
19 AVQUST
921

Müflis olan banka inzibatçı təyin olundu – YENİLƏNİB

2016-08-19 15:36:00

Gürcüstan Milli Bankından bildirilib ki, bankın Gürcüstandakı fəaliyyətində heç bir problem olmayıb: “Gürcüstanın bank sistemində ümumi aktivlərin 14%-nə sahib olan “Qafqaz İnkişaf Bankı-Gürcüstan” müştərilərə xidmət etməkdə davam edir”.

Gürcüstan Milli Bankından bildirilib ki, bankın kapital və likvidlik səviyyəsi kifayət qədər yüksəkdir və lazım gələrsə müvəqqəti inzibatçı kreditorların, o cümlədən əmanətçilərin tələblərini tam həcmdə yerinə yetirə bilər. 

“Bununla yanaşı, biz bəyan edirik ki, Gürcüstanın bank sektoru sağlamdır, beynəlxalq təcrübəyə uyğun olaraq tənzimlənir və Gürcüstan Milli Bankının bütün qərarları bank sektorunun davamlı və sabit inkişafına yönəlib, - deyə bəyanatda vurğulanıb.

18/09 15.06

Qafqaz inkişaf Bankının Gürcüstanda yerləşən törəməsinə müvəqqəti inzibatçı təyin edilib. Bu qərar Gürcüstan Milli  Bankı tərəfindən verilmişdir.Bu barədə Fins.az Banker.az-a istinadən xəbər verir. 

Gürcüstan Milli Bankının məlumatında oda bildirilir ki, törəmə şirkətin kapitalı həm kreditorların, həmdə əmanətçilərin öhdəliklərinin icrasına imkan verir və çətin bir vəziyyət yaranarsa qeyd olunan öhdəliklər tam bağlanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271