BANK

Bank Avrasiya mənfəətlə işləyib
13 AVQUST
588

Bank Avrasiya mənfəətlə işləyib

2016-08-13 16:34:00

Bank Avrasiya bu ilin birinci yarısını mənfəətlə başa vurub. Bankın ümumi gəlirləri 7239.00 min AZN, faiz gəlirləri isə 6363.65 min AZN təşkil edib. 

Fins.az xəbər verir ki, bankın ümumi xərcləri 3186.56min AZN, vergilər ödənildikdən sonra xalis mənfəəti isə 4052.44 min AZN olub. 
 
Həmçinin bankın aktivlərinin cəmi 126923,71 min AZN olub. Aktivlərin gəlirliyi 3.19 % təşkil edib. Kredit portfeli 86796.46 min AZN, verilmiş kredit üzrə ehtiyatları isə 10 267.71 min AZN olub. Kredit portfelində korporativ müştərilər 77 762.85 min AZN, fiziki şəxslər isə 9033.61 min AZN paya malikdirlər. 
Bank Avrasiya  bu ilin 6 ayının yekununda 55033.79 min AZN məcmu kapitala malikdir.  Kapitalın gəlirliyi isə 7.36% təşkil edir. Depozit portfelinə gəldikdə isə bu göstərici - 37604.36min AZN-dir, bunun da 29197.22 min AZN-i fiziki şəxslərin depozitidir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274