BANK

Fond hansı sahələrə kredit ayırıb? - AÇIQLAMA
15 İYUL
296

Fond hansı sahələrə kredit ayırıb? - AÇIQLAMA

2016-07-15 17:24:00

İndiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1268 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq, bağçılıq təsərrüfatları, ət emalı, “yaşıl market”, logistik mərkəzlər, tikinti materialları, mebel, neft-kimya sənayesi avadanlıqları, metal konstruksiya istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 145 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 470 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 125-i istifadəyə verilib. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq. 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1297 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 75,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272