BANK

Qızıl hasilatçısı Azərbaycan banklarına borcunu -AÇIQLADI
14 İYUL
483

Qızıl hasilatçısı Azərbaycan banklarına borcunu -AÇIQLADI

2016-07-14 19:25:00

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinin xalis borcu birinci rübün yekunu ilə müqayisədə 14% azalaraq iyulun 1-i vəziyyətinə 40,8 mln. dollar təşkil edib. Fins.az-ın şirkətin saytına istinadən verdiyi xəbərə görə, bu müddətdə şirkətin Azərbaycan Beynəlxalq Bankına (ABB) borcu 8,7% azalaraq 11,5 mln. dollar təşkil edib. 2016-cı il iyulun 1-nə şirkətin ABB qarşısında kredit borcu 8,7 mln. dollaradək azalıb. Qeyd edək ki, cari ilin birinci rübünün sonuna bu göstərici 9,7 mln. dollar təşkil edib. Bundan başqa, BankınI rübdə şirkətə açdığı 2,9 mln. dollarlıq yeni kredit xətti üzrə borcu da 2,8 mln. dollara enib.

"Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu bu ilin əvvəlindən 200 min dollar artaraq iyulun 1-nə 1,4 mln. dollara yüksəlib. Şirkətin "Paşa Bank" ASC-yə borcu isə 4,6 mln. dollardan 3,3 mln. dollara enib.

Bu ilin iyulun 1-nə şirkətin borcu aşağıdakı şəkildə olub:

Kreditorlar Borc (mln. dollar)
Amsterdam Trade Bank - Agitation plant loan 22.2
International Bank of Azerbaijan - loan 8.7
International Bank of Azerbaijan - credit line 2.8
Atlas Copco equipment finance loan 1.5
YapiKredi 1.4
Pasha Bank 3.3
Director 3.9
Total Loans 43.8
Cash on hand and at bank (3.0)
Net debt 40.8

Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272