BANK

Bəzi banklar dolları daha baha alır
21 İYUN
1283

Bəzi banklar dolları daha baha alır

2016-06-21 11:59:00

Bankların Dollara təlabatının artdığı son hərraclardan da görünməkdədir. Dövlət Neft Fondunun hərraca təklif etdiyi vəsait tamamilə banklar tərəfindən alınır.

Ekspertlər bildirirlər ki, hərracda dollar təklifi artırılmalıdır.

Dollara olan ehtiyacı ödəmək üçün, bir sıra banklar tərəfindən alış məzənnəsinin qaldırıldığı iddia olunur. Fins.az-ın “Marja”ya istinadən verdiyi məlumata görə, artıq bir sıra banklar Mərkəzi Bankın 4%-lik marja tələbini pozaraq dolları daha yüksək məzənnə ilə alırlar.

“Saytında doların alış qiymətini 1.4900 göstərən bank, filialında dolları 1.53 manatdan alır”,- mənbə "Marja"ya bildirib. Mövzunu diqqətdə saxlayacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271