BANK

Palata bank filiallarına nəzarəti gücləndirib
16 İYUN
540

Palata bank filiallarına nəzarəti gücləndirib

2016-06-16 18:12:00

Bakıda keçirilən Formula-1 yarışları və şəhərə çoxsaylı xarici turistlərin axını ilə əlaqədar olaraq Maliyə Bazarlarına Nəzarət Palatası (MBNP) xüsusi rejimdə çalışan bank filial və şöbələrinə, eləcə də valyutadəyişmə məntəqəşərinin fəaliyyətinə nəzarəti gücləndirib. Bu barədə fins.az-a palata rəhbərinin müşaviri Rüfət Abbasov məlumat verib.

Onun sözlərinə görə, bankların işinə nəzarət məqsədilə Palatada 5 nəfərlik xüsusi mobil qrup yaradılıb. Bu qrup MBNP-nin banklara verdiyi tövsiyyəyə necə əməl olunmasına, yəni şəhərdə bankların fəaliyyətinin başlama və bitmə vaxtına nəzarət edir. Eləcə də valyutadəyişmə məntəqələrində məzənnələrin qanunda nəzərdə tutulan qaydalara uyğun həddə olması da nəzarətə götürülüb.

«Monitorinqlər hər gün saat 9-30-a qədər davam edir. Hazırda Bakıda 34 bankın 90 filial və şöbəsi gücləndirilmiş iş rejimində işləyir və bu iyunun 21-nə kimi davam edəcək»-deyə R.Abbasov bildirib. Onun sözlərinə görə, artıq ilk pozuntular qeydə alınıb: «Bank şöbələrindən bəziləri saat 8-9-da işini dayandırmışdı. Banklaran birində isə valyuta dəyişmə məzənnəsi AMB-nin müəyyənləşdirdiyi rəsmi məzənnəən 4%-dən çox fərqlənirdi». Bütün bu hallarla bağlı pozuntuya yol verən təşkilatlara xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272