BANK

Bankların dollar tələbinin səbəbləri bəlli oldu
13 İYUN
3561

Bankların dollar tələbinin səbəbləri bəlli oldu

2016-06-13 11:12:00

Xəbər verdiyimiz kimi, iyunun 9-da Dövlət Neft Fondu (ARDNF) 50 mln. ABŞ dolları məbləğində vəsait valyuta hərracına çıxarılıb. Fins.az-ın məlumata görə, həmin vəsait bütünlüklə 23 banka satılıb. Fins.az-ın əldə etdiyi məlumata görə, son hərracda kommersiya banklarının dollara olan tələbatının təklifi bir neçə dəfə üstələdiyi bəlli olub. Belə ki, banklar 500 mln. dollar tələb irəli sürüblər.

Eləcə də bax: “Manatın yeni devalvasiyası olacaq” - DÜNYA BANKINDAN BƏDBİN PROQNOZ

Ümumiyyətlə, Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi son 5 valyuta hərracında hərraca çıxarılan bütün dollar kütləsi satılıb. Sonuncu dəfə dollar kütləsinin tam satılmadığı hərrac mayın 17-də keçirilib, amma burada da doların böyük hissəsi - 98%-i satılıb.

Fins.az-ın məlumatına görə, ölkə banklarında dollara tələbatın belə yüksək olmasını iki amillə izah edirlər. Birincisi, bu ABŞ-ın Federal Ehtiyat Fondunun (FED) uçot dərəcələrini qaldırmaq ehtimalı ilə bağlıdır. Başqa sözlə, banklar ehtiyat tədbiri olaraq mümkün qədər daha çox dolllar almağa çalışırlar.

İkinci səbəb, növbəti devalvasiya gözləntisi və nəticədə dolların bahalaşacağı ilə bağlı yayılan söhbətlərdir. Buna görə banklar ehtiyat tədbiri görmək üçün indidən ucuz qiymətə dollar almağa çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275