BANK

Daha bir bank ili zərərlə başa vurub – HESABAT
02 İYUN
903

Daha bir bank ili zərərlə başa vurub – HESABAT

2016-06-02 11:58:00

KredoBank 2015-ci ilin yekununa olan maliyyə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, 2015-ci ilin 31 dekabr tarixinə bankın aktivləri 168,5 milyon manat təşkil edib. Bu ötən ilki göstəricidən 25,7 milyon manat və ya 15,25% çoxdur.

Bankın məcmu kapitalı həmin dövrdə 50,9 milyon manata bərabər olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,6 milyon manat və ya 5,11% azalıb. Hesabat dövründə bankın kredit portfeli 5,5 milyon manat azalaraq, 92,2 milyon manat təşkil edib. Müştərilərə verilən kreditlər üzrə ehtimal edilən zərərlər 7,2 milyon manat təşkil edib.

Hesabata əsasən, bankın cəmi öhdəlikləri bir il ərzində 28.3 milyon manat artaraq, 117,7 milyon manata bərabər olub. 2015-ci ilin sonunda bankın faiz gəlirləri 11,5 milyon manat olub. Bankın faiz xərcləri isə, 4,5 milyon manat təşkil edib. Bank qeyri-faiz əməliyyatlarından gəlir əldə etməyib. KredoBank 2015-ci ili 2,6 milyon manat zərərlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274