BANK

Elektron arayışla kredit verən banklar – SİYAHI
26 MAY
1514

Elektron arayışla kredit verən banklar – SİYAHI

2016-05-26 14:50:00

Artıq iş yerindən arayış gətirmədən də, banklara kredit üçün müraciət etmək mümkündür. Banklarla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər. Hazırda bankların və kredit təşkilatlarının əksəriyyəti elektron arayışdan istifadə edirlər. 

Eləcə də bax:Hansı bankın kreditini - TERMİNALLA ÖDƏMƏK OLAR?

Müştəri “Elektron hökumət” portalına daxil olaraq, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə elektron arayışı tərtib edib, daha sonra kredit sifarişi üçün məlumatın göndərilməsi bölməsində müvafiq bankı seçərək elektron arayışı onlayn rejimdə Banka göndərə bilər.

Xatırladaq ki, bu arayışda iş yerindən əlavə, işçinin əmək haqqı və digər məlumatlar var. Eyni zamanda müştəri bu arayışı çap edib banklara da apara bilər.

Qeyd edək ki, Elektron Hökumət Portalına sadələşdirilmiş kod parollarla yanaşı həmçinin elektron imza sertifikatı, “ASAN imza” və Portal tərəfindən təqdim olunan istənilən identifikasiya vasitələri ilə də daxil olmaq mümkündür.

Bəs, elektron arayış sisteminin əsas üstünlüklər nədir?

- Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətini göndərmək mümükündür,

- Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi,

- Bürokratik proseslər ləğv edilməsi,

- Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması. 

Aşağıdakı banklar kredit əməliyyatlarının aparılması prosesində e-arayışları tətbiq edir.

  1. Access Bank
  2. AG Bank
  3. AFB Bank
  4. Amrahbank
  5. ASB Bank
  6. Atabank
  7. Azərbaycan Beynəlxalq Bankı
  8. Azər Türk Bank
  9. Bank of Baku
  10.  Bank BTB
  11.  Bank Standard
  12.  Bank Respublika
  13.  CDB Bank
  14.  DəmirBank
  15.  Deka Bank
  16.  Express Bank
  17.  Kapital Bank
  18.  Xalq Bank
  19.  NBC Bank
  20.  Nikoil Bank
  21.  Mugan Bank
  22.  Unibank
  23.  Rabitəbank
  24.  Turanbank
  25.  VTB Bank
  26.  TBC Kredit
  27.  “İnkşaf üçün Maliyyə” BOKT
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275