BANK

Bu bank 47% böyüyüb
25 MAY
631

Bu bank 47% böyüyüb

2016-05-25 10:19:00

2015-ci ilin yekununda “Kapital Bank”ın cəmi aktivləri 2 milyard 17,4 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 46,7% çoxdur. İl ərzində bankın cəmi öhdəlikləri 59,6% artaraq 1 milyard 725 milyon manat, cəmi kapitalı isə 0,7% azalaraq 294,4 milyon manat olub.

Eləcə də bax: Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək 

İlin yekununda “Kapital Bank”ın kredit portfeli 25,8% artaraq 1 milyard 104 milyon manat, deposit portfeli isə 85,4% artaraq 1 milyard 104 milyon manat təşkil edib. 

Hesabat dövründə bankın faiz gəlirləri 189,5 milyon manat (48,4% artım), faiz xərcləri 61,4 milyon manat (74,5% artım), qeyri-faiz gəlirləri 91,5 milyon manat (41,2% artım), qeyri-faiz xərcləri isə 101 milyon manat (27,6% artım) olub. Bankın digər xərcləri 39,2 milyon manat, mənfəət vergisi xərci isə 17,5 milyon manat təşkil edib. Son nəticədə “Kapital Bank” 2015-ci ili 61,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu 2014-cü ilin xalis mənfəətindən 8,7% azdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270