BANK

Palatadan "exchange"lərlə bağlı xəbərə - MÜNASİBƏT
17 MAY
778

Palatadan "exchange"lərlə bağlı xəbərə - MÜNASİBƏT

2016-05-17 10:15:00

"Valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır".

Fins.az xəbər verir ki, bu barədə "Marja"nın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Palatadan verilən məlumatda qeyd olunur:

"Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır".

Qeyd edək ki, Müsavat.com valyutadəyişmə məntəqələrinin fəaliyyətini bərpa etdiyi barədə məlumat yaymışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272