BANK

“Bank of Baku” 26% kiçilib - YARIMÇIQ HESABAT
02 MAY
663

“Bank of Baku” 26% kiçilib - YARIMÇIQ HESABAT

2016-05-02 14:07:00

Bu ilin 1-ci rübünün yekununda “Bank of Baku”nun cəmi aktivləri 591,35 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisəd 25,9% azdır. Son 1 ildə bankın cəmi öhdəlikləri 23,3% azalaraq 518,82 milyon manat, cəmi kapitalı isə 40,4% azalaraq 72,53 milyon manat təşkil edib.

3 ayın yekununda “Bank of Baku”nun kredit portfeli 386,63 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 37,8% azdır. Bankın depozt portfeli isə 28,4% azalaraq 328,76 milyon manat olub. “Bank of Baku” həmçinin Azərbaycan Mərkəzi Bankına 40 milyon manat borcludur.

“Bank of Baku” vaxtı keçmiş kreditləri, əhalinin əmanətləri, gəlirləri, xərcləri, mənfəət/zərəri barədə məlumatları açıqlamayıb. Amma hətta açıqlanan məlumatlar da, bankda ciddi azalmanın oldugunu görmək üçün kifayət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272