BANK

“AGBank”ın rəhbərliyi dəyişdi - YENİLƏNİB
13 APREL
1226

“AGBank”ın rəhbərliyi dəyişdi - YENİLƏNİB

2016-04-13 11:52:00

“AGBank”ın İdarə Heyətinin sədri dəyişib. Fins.az-ın əldə etdiyi məlumata görə, indiyə qədər bu vəzifəni tutan Azər Mövsümov bankın səhmdarlarının qərarı ilə Müşahidə Şurasının (MŞ) üzvü seçilib. Bankın İH-nə rəhbərlik isə indiyə qədər sədr müavini vəzifəsində olan Əfqan Cəlilova həvalə olunub. O, hələ ki, sədrin vəzifələrini müvəqqəti icra edir.

Bankın MŞ-da Azər Mövsümovdan başqa yeni ad da var - Qriqoriy Marçenk. Əvəzində Fransev Mixail Yuryeviç və Frenk Mosye MŞ-nın üzvlüyündən kənarlaşdırılıb. 

Fransev Mixail Yuryeviç bankın Audit Komitəsinin (AK) üzvü seçilib. Komitəyə Fikrət Baxışov rəhbərlik edir. AK-nın digər üzvü isə Asif Çoxlayevdir. 

Bankın strukturunda dəyişikliklər olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274