AVTO

Azərbaycanda belə "Mercedes" hələ görülməyib
17 İYUN
1017

Azərbaycanda belə "Mercedes" hələ görülməyib

2019-06-17 12:50:00

Cari ilin əvvəlində alman krossoveri Mercedes-Benz GLC Coupe yenilənib.

Fins.az xəbər verir ki, Mercedes-Benz GLC Coupe ön fənərlərin daha ciddi baxışına malik olub. Üstəlik, Coupe modelinin radiator barmaqlığının «almazlı» naxışı qorunub-saxlanıb. Avtomobilin fənərləri standart olaraq işıqdiodlarından hazırlanır, matrisa tipli fənərlər isə əlavə opsiya olaraq sifariş etmək mümkündür. Bundan başqa, avtomobilin bamperləri, radiator barmaqlığı, arxa fənərləri və təkər diskləri dəyişmiş, kuzovdakı xromun miqdarı artmışdır.

Salonda baş verən əsas dəyişiklik sensorlu düymələri olan sükan çarxıdır. Yeri gəlmişkən, bu sükan çarxı artıq standard avadanlıq olaraq təklif edilir.

Multimedia sisteminin ekranı sensorludur, sistem isə, səs və jestlərlə idarəetməni dəstəkləyir. Mərkəzi tonneldəki lövhə yerini taçpada verib. Bundan başqa, musiqinin, mikroklimatın, massaj funksiyasının, oturacaqların havalandırmasının və qızdırılmasının idarə edilməsini sinxronlaşdıran Energizing funksiyası da peyda olub.

Yeni modelə sifarişlərin qəbulu artıq başlanıb. İlk avtomobillərin Azərbaycana çatdırılması isə yalnız 2019-cu ilin avqustunda nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271