AVTO

Volkswagen Group "Bentley" və "Lamborghini" markalarını satacaq
14 MAY
113

Volkswagen Group "Bentley" və "Lamborghini" markalarını satacaq

2019-05-14 14:43:00

Bu günlərdə “Automobile” saytı sensasiyalı bir məqalə dərc edib. Dərc edilən məqalədə Volkswagen Group konsernin 2030-cu ilə qədər yeni inkişaf strategiyasını hazırlayacağı bildirilir.

Fins.az xəbər verir ki, yeni plana əsasən, yaxın 11 ildə alman konsernin genis restrukturizasiyanı həyata keçirməlidir. Əslində hələlik bu planın hazırlanması üçün komanda belə yığılmadığı halda, “Automobile” dərgisinin bu məlumatı necə əldə etməsi bir qədər təəccüb doğurur. Əgər söylənilənlər doğrudursa, alman nəhəngi bir sıra premium brendərdən imtina edə bilər. Bu barədə “Automobile” nəşrinə məlumatı qrupun daxilindəki mənbənin verdiyi iddia edilir.

Mənbə Audi, Porsche və Volkswagen markalarının gələcəyinin təhlükəsız olduğunu, qalan markaların taleyinin isə qaranlıq qaldığını söyləyib. O,Skoda və Seat markalarının təyinatına yenidən baxılacağına, Bentley, Bugatti, Ducati, Italdesign və Lamborghini markalarının satışa çıxarılmaq ehtimalının olduğunu bildirib. Əsasən də, qara buludların Bentley markasının başının üzərinin aldığı bildirilir. Bunun səbəbini markanın köhnə dəbli olması göstərilir. “Dəb qanunvericisi olan yerdə nədər geridəqalmış müəssisəyə sərmayə qoymaq gərəkdir ki?”, - analitik Automobile dərgisinə bildirib. Analitikin sözlərinə görə, alman konserni markanı ləğv etməyəcək, lakin sakitcə ona Çində müştəri axtaracaqdır. Üstəlik o, Bugatti markasının da qrupu tərk edəcyini deyir.

Lakin, fransız markasının VW qrupuna yaxın olan Pix ailəsin nəzarətinə keçəcəyi ehtimalı da mövcuddur. Lamborghini markasının gələcəyi daha müəmmalıdır – bu marka Ducati ilə bir paketdə satışa çıxarıla bilər. Bununla bərabər, alman konserninin yeni brendi də təsis edəcəyi də söylənilir – bu elektromobillər üçün yaradılan ayrıca brend ola bilər. Əslində biz bu məsələyə bir qədər şübhə ilə yanaşırıq. Lakin, bir çox iri avtomobil istehsalçılarının elektrikləşməyə üz tutduğunu nəzərdə alsaq, bəzi ehtimalların gerçək olmaq şansları da vardır. Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264