AVTO

"Tesla" "Maxwell"i fantastik qiymətə satın aldı - FİNS
05 FEVRAL
361

"Tesla" "Maxwell"i fantastik qiymətə satın aldı - FİNS

2019-02-05 13:08:00

Elektroavtomobil istehsalçısı  “Tesla” 200 milyon dollara “Maxwell Technologies” şirkətini satın alıb.

Fins.az xəbər verir ki,  “Maxwell”in rəhbərliyi “Tesla” ilə razılığa gəliblər. Bu ilin ikinci rübündə elektronika istehsalçısı tam olaraq “Tesla”ya aid olacaq.

Qeyd edək ki, “Maxwell Technologies” şirkətinin 492 əməkdaşı var. Baş idarə isə San Diyeqoda yerləşir.  

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267