AVTO

“BMW”dən fantastik rekord
09 YANVAR
144

“BMW”dən fantastik rekord

2019-01-09 10:25:00

Almaniyanın “BMW Group” avtokonserni 2018-ci ilin yekunlarına görə rekord satış səviyyəsinə çatıb.

Fins.az xəbər verir ki, ötən il 2,49 milyon avtomobil satılıb. Bu isə 2017-ci ilin göstəricisindən 1,1% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin nəticələrinə görə isə “BMW Group” 2,463 milyon avtomobil satıb.

Konsern “BMW”, “Mini” və “Rolls Royce Motor Cars” markalı avtomobillərin, motosikletlərin və mühərriklərin istehsalında ixtisaslaşıb. Şirkətin mənzil qərargahı Münhendə yerləşir. Ötən ilin ilk yarısının nəticələrinə görə, onun işçi heyətinin sayı 130 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256