AVTO

Bakıda satılan ən bahalı 10 avtomobil – SİYAHI, QİYMƏTLƏR
03 İYUL
658

Bakıda satılan ən bahalı 10 avtomobil – SİYAHI, QİYMƏTLƏR

2018-07-03 18:15:00

Son illər Azərbaycanda ucuz maşınlara tələbat artsa da,  bahalı avtomobillərə də maraq az deyil. Fins.az xəbər verir ki, hazırda Bakının avtomobil salonlarında və şəxslər tərəfindən qiyməti 200 min dollardan artıq olan 30-a yaxın avtomobil açıq satışdadır. Bunların əksəriyyəti «Rolls-Royce», «Bentley», «Mercedes»in müxtəlif modelləri və «Range Rover»lərdir. Beləliklə, Bakıda satılan ən bahalı 10 maşının siahısı belədir.

 1. Rolls-Royce Phantom – 630000 $

Bakının, elə Azərbaycanın da avtomobil bazarında ən bahalı maşının qiyməti 1 milyon manatdan artıqdır. Bu təptəzə «Rolls-Royce Phantom»dur – 630 000 $.

Buraxılış ili: 2018, mühərrikinin həcmi 6,8 L, mühərrikinin gücü 563 a.g, yürüş 0 km.

 2. Rolls-Royce Dawn – 490000 $

İkinci yeri də «Rolls-Royce» ailəsinin nümaynədəsi tutur. «Rolls-Royce Dawn» – 490 000 $-a təklif edilir. Amma iki il əvvəlin buraxılışıdır.  

Buraxılış ili: 2016, mühərrikinin həcmi 6,5 L, mühərrikinin gücü 571 a.g, yürüş 0 km.

 3. Rolls-Royce Wraith – 420000 $

Ən bahalı avtomobillərin siyahısında üçüncü yeri 2016-cı il istehsallı «Rolls-Royce Wraith» tutur. Əvvəlki avtomobillərdən fərqli olaraq bu avtomobil 1500 km-ə yaxın yol gedib. 

Buraxılış ili: 2016, mühərrikinin həcmi 6,5 L, mühərrikinin gücü 632 a.g, yürüş 1466 km.

 4. Mercedes-Maybach S 560 – 295555 $

Siyahıdakı «Mercedes»lərə 2018-c ilin «Mercedes –Maybach»ı başçılıq edir.

Buraxılış ili: 2018, mühərrikinin həcmi 4,0 L, mühərrikinin gücü 469 a.g, yürüş 0 km.

 5. Bentley Continental – 295 555 $

Təqribən əvvəlki  qiymətə «Bentley Continental» da almaq olar. Amma 2 il əvvəlki buraxılışı.

Buraxılış ili: 2016, mühərrikinin həcmi 6,0 L, mühərrikinin gücü 630 a.g, yürüş 0 km.

 6. Land Rover Range Rover – 288 666 $

Bakı avtoşlarının sevimlisi «Range Rover»lərn ən bahalısı 288 666 min dollar və ya  490 min manatdır. Buraxılış ili: 2018, mühərrikinin həcmi 5,0 L, mühərrikinin gücü 525 a.g, yürüş 0 km.

 7. Mercedes S 65 AMG – 265000 $

3 il əvvəl buraxılmış və 5200 km məsafə qət etmiş «Mercedes S 65 AMG» 265 min dollara satılır.

Buraxılış ili: 2015, mühərrikinin həcmi 5,5 L, mühərrikinin gücü 612 a.g, yürüş 5200 km.

 8. Mercedes G 63 AMG – 255000 $

Ötən il buraxılan «Mercedes G 63 AMG» Bakıda ən məşhur qəzaların iştirakçılarıdır.

Buraxılış ili: 2017, mühərrikinin həcmi 5,5 L, mühərrikinin gücü 571 a.g, yürüş 0 km.

 9. Bentley Mulsanne – 255000 $

Bu o qədər bahalı avtomobildir ki, hətta 10 705 kilometr gedişdən sonra da qiymət 255 min dollardan aşağı deyil.

Buraxılış ili: 2014, mühərrikinin həcmi 6,5 L, mühərrikinin gücü 512 a.g, yürüş 10705 km.

 10. Land Rover Range Rover – 254900 $

Siyahıdakı daha bir «Range Rover» əvvəlkindən daha güclü olsa da, (525 at gücünə qarşı 565 at gücü) qiyməti ondan 40 min dollar aşağıdır.

Buraxılış ili: 2018, mühərrikinin həcmi 5,0 L, mühərrikinin gücü 565 a.g, yürüş 0 km. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250