AVTO

“Tıxacda qalan sürücülər məhkəməyə müraciət edib təzminat tələb edə bilərlər”- Ekspert
27 İYUN
4508

“Tıxacda qalan sürücülər məhkəməyə müraciət edib təzminat tələb edə bilərlər”- Ekspert

2018-06-27 14:04:00

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin sıxlığı və dəhşətli dərəcədə tıxac müşahidə edilib.

Sözügedən yolda son zamanlar tıxacların mütəmadi olması artıq sürücü və sərnişinləri də ayağa qaldırıb. Belə ki, rəsnişin və sürücülər bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyini, eləcə də Yol Polisi idarəsini məhkəməyə verərək onlardan təzminat tələb edəcəklərini bildiriblər.

Fins.az xəbər verir ki, bununla bağlı Bizimyol.İnfo-ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bunun praktik cəhətdən mümkün olduğunu və qanunların buna icazə verdiyini bildirib: “Gecikmə və tıxac səbəbəindən maddi və mənəvi zərərə uğramış sürücü və sərnişinlər pozulan hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edə bilərlər. Yol Hərəkəti Haqqında qanunda da belə bir müddəa öz əksini tapıb, sürücülərin rahat və təhlükəsiz yoldan istifadə etmək hüququ var. Onlar bu hüquqları pozulduğuna görə məhkəməyə müraciət edib təzminat tələb edə və hüquqlarını tələb edə bilərlər. Amma bu məsələ diqqətlə araşdırılmalıdır ki, bu tıxaclar yol polisinin səhlənkarlığı və ehtiyyatsızlığı ucbatından baş verib, yoxsa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səhvidir, yoxsa nazirliyin səhvidir, bəlkə yolda təmir işləri aparılır ona görədir, eləcə də digər səbəblər. Bu məsələ mənim özümdə də maraq doğurdu, sərnişinlərin və sürücülərin bu təşəbbüsü məndə maraq yaratdı. Bu prosesi mən də diqqətlə izləyəcəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251