AVTO

Bakıda parkomatlar söndürülüb - YENİ QAYDA
10 APREL
885

Bakıda parkomatlar söndürülüb - YENİ QAYDA

2018-04-10 13:02:00
Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Fins.az  xəbər verir ki,  bundan sonra ödəniş parkomatlara deyil, parklanma nəzarətçilərinə ediləcək. Yəni ödənişləri nəzarətçilər qəbul edəcəklər. Artıq nəzarətçilər ödənişi qəbul etmək üçün yeni cihazlarla təchiz olunublar.

Artıq yeni sistem paytaxtın bir çox yerlərində işə düşüb. Ancaq sürücülərin əksəriyyəti parkomatların yeni cihazlarla əvəzlənməsi barədə ətraflı məlumata malik deyillər.

Sadəcə bildikləri odur ki, ödəniş qiymətlərində heç bir dəyişiklik yoxdur. Həmçinin, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürür və buna görə heç bir güzəşt olunmur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Burada isə bir sıra suallar yaranır. Əgər sürücü dayanacaqdan maşını çıxartdığı zaman nəzarətçi ərazidə olmasa, o, pulu ödəyə bilməyəcək. Belə olan halda isə sürücüyə cərimə yazıla bilər.

Cərimənin məbləğini və parkomatların bundan sonrakı taleyini öyrənmək istəsək də, aidiyyəti rəsmi qurumlardan heç bir məlumat ala bilmədik.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov yeni aparatlar barədə məlumatsız olduğunu bildirdi. Bakı Nəqliyyat Agentliyindən isə dedilər ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdirlər.

Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər.

xezerxeber.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267