AVTO

Yeni "Audi A8" Bakıda satışa çıxarılır -FOTO,QİYMƏTLƏR
06 APREL
763

Yeni "Audi A8" Bakıda satışa çıxarılır -FOTO,QİYMƏTLƏR

2018-04-06 12:17:00

Yeni "Audi A8" Bakıda satışa çıxarılır. "Audi Azərbaycan" şirkətindən Fins.az-a verilən məlumata görə, aprel ayının 7-də yeni model Bakıda təqdim ediləcək. Aprel ayının 10-dan isə satışlara başlanacaq. Şirkətin satış departamentinin rəhbəri Fərrux Abbasov bildirib ki, 2018-ci il model "Audi A8" tam yeni platforma üzərində qurulub. A8 həmçinin dünyada ilk maşındır ki, marşrutlu avtomatlaşdırılmış idarəetmə imkanına malikdir. Ən maraqlı yeniliklərdən biri avtomobildə qəzaların qarşısını almağa qadir lazer skanerin  quraşdırılmasıdır. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Texniki göstəricilərinə gəlincə, yeni A8 340 at gücündə 3.0 TFSI tiptronic quattro mühərriklə təhciz edilib. Qarışıq yanacaq sərfiyyatı  6.2-6.5 l təşkil edir. Superkar 100 km/saat sürəti isə 5.7 saniyəyə yığır.

Avtomobil Bakıda iki versiyada satışa çıxarılır. A8 L 55 Lux 218 915 manata, A8 L 55 Premium isə 281 462 manata təklif edilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267