Əmlak Məsələləri Dövlət Komitəsi 3 aprel tarixində keçirililən hərracın nəticəsini açıqlayıb. Fins.az xəbər verir ki, hərraca Mərkəzi Banka və Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə 6 avtomobil çıxarılıb. Bu avtomobillərdən yalnız Tofaş Şahin Doğan avtomobili alıcıların diqqətini çəkib. Belə ki, Tofaş markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət ilkin start qiyməti 1500 manat olan həmin avtomobil ən son 2300 manata özəlləşdirilib.
Balans saxlayıcı müəssisənin adı | Marka | Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
Mərkəzi Bank | Hyundai Sonata | 2004 | 4700 | 470 |
Mərkəzi Bank | Tofaş Şahin Doğan 1.6 | 2002 | 1500 | 150 |
Mərkəzi Bank | Mercedes Benz Sprinter 314 | 2006 | 15000 | 1500 |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | BMW 730 | 2006 | 22500 | 2250 |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | Chevrolet Epica | 2007 | 7400 | 740 |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | Chevrolet Epica | 2007 | 7600 | 760 |


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır