AVTO

Texniki baxışla bağlı yol polisindən daha bir - XƏBƏRDARLIQ
28 MART
5279

Texniki baxışla bağlı yol polisindən daha bir - XƏBƏRDARLIQ

2018-03-28 17:06:00

“Son zamanlar paytaxt ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobillərin texniki baxışdan təyin edilmiş müddətdə keçməməsi halı müəyyən olunub”. Fins.az xəbər verir ki, bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, təkcə dünən paytaxt ərazisində 11 inzibati protokol tərtib edilib ki, saxlanılan nəqliyyat vasitələri arasında biri avtobus, biri yük, digərləri isə yüngül minik avtomobilləri olub.

V.Əsədov bildirib ki, texniki baxışdan vaxtında keçməyən nəqliyyat vasitəsinin sürücüləri üçün inzibati xəta tərkibi yaranır və müvafiq olaraq fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüququ şəxslər isə 300 manat məbləğində cərimə olunur. “Bu istiqamətlər üzrə tərəfimizdən dəfələrlə təbliğat xarakterli informasiyalar yayılıb. Lakin buna baxmayaraq yenə də texniki baxışdan keçməyən avtomobillər aşkarlanır ki, bu da ciddi narahatlıq doğurur. Adətən texniki baxış müdddətinə az qalmış sürücülər müraciət edirlər və sünü sıxlıq yaranır.”

V. Əsədov onu da əlavə edib ki, bayramdan öncə yol polisi müraciət edərək sürücüləri texniki baxışdan keçməyə dəvət etdi. “Bayram günləri dioqnostika mərkəzi işlədi. Lakin təəssüflər olsun ki, sürücülər bundan istifadə etmədilər”.

Şöbə rəisi qeyd edib ki, 2009, 2011 və 2013-cü il istehsalı olan avtomobillər cari ildə texniki baxışdan keçməlidirlər. 

Vaqif Əsədov cəriməsi olan sürücülərə də müraciət edib: “Texniki baxışdan keçməyə gedən zaman cərimələrin ödənməsini təmin edin. Asanpay və qeydiyyatda olduğu rayon polis şöbələrinə müraciət edərək barələrində cərimələri öyrənib ödəsinlər. Əks halda texniki baxışdan keçən zaman problemlər ortaya çıxa bilər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256