AVTO

DYP bəyan edir: "Onun hərəkətini kimsə qadağan edə bilməz"
03 NOYABR
6800

DYP bəyan edir: "Onun hərəkətini kimsə qadağan edə bilməz"

2017-11-03 09:44:00

Bəzən hətta paytaxtın mərkəz küçələrində belə, xarici görkəmi sıradan çıxmış, yük daşıyan, sınıq-salxaq avtomobillər görürük. Bu avtomobillərin işıqlandırma sistemi sıradan çıxmış olsa da, çox az sürətlə hərəkət etsələr də, onların hərəkətinə kimsə məhdudiyyət qoymur

"Jurnalistika və İnkişaf" İctimai Birliyinin sədri, yol eksperti Elməddin Murdalı bildirir ki, son iki ayda 100-ə yaxın belə avtomobil çıxdaş edilib və poladəritmə zavoduna təhvil verilib: "Estetik cəhətdən yaxşı olmayan avtomobillərdə, xüsusən dəmir, yük daşıyan avtomobillərdə təhlükəsizlik səviyyəsi sıfır vəziyyətindədir. Belə avtomobillərin işıqlandırma sistemi, əyləc sistemi, oturacaqları da olmur. Avtomobillərin çoxunda ancaq sürücü yeri olur".

Muradlı deyir ki, son zamanlar yol polisi belə avtomobillərlə mübarizə aparır: "Onların yollardan yığılması qanunun tələbidir. Xüsusən Binəqədi, Qaradağ və Səbail rayonlarında belə avtomobillər daha çoxdur. Belə avtomobillər saxlandığı zaman cərimə meydançasına aparılır və sürücülərə qanunun tələbləri izah edilir".

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericilikdə estetik cəhətdən köhnə və baxımsız olan avtomobillərlə bağlı maddə yoxdur: "Sadəcə, texniki cəhətdən nasaz olan avtomobillərin hərəkəti qadağan edilə bilər. Amma avtomobil istehsal ilindən asılı olmayaraq saz vəziyyətdədirsə, onun hərəkətini kimsə qadağan edə bilməz".

"Qanunvericilikdə avtomobillərin estetik vəziyyəti də nəzərdə tutulmayıb. Hər bir halda avtomobilin texniki vəziyyəti nəzərə alınır. Avtomobilin estetik görünüşü ilə bağlı nə məsuliyyət var, nə də onun istismarına qadağa qoyula bilməz" — Əliyev bildirib. Onun sözlərinə görə, avtomobilin estetik görünüşü nə qədər pis olursa olsun, bu hərəkətə heç bir maneə yaratmır, o sadəcə estetik görünüşü poza bilər: "Buna da avtomobil sahibi özü nəzarət etməlidir. Avtomobil texniki cəhətdən saz vəziyyətdədirsə, onun şüşələri, işıqlandırma sistemi, şinlər və s. yaxşı vəziyyətdədirsə, heç kim onun hərəkətinə mane ola bilməz".

Qanun deyir ki, avtomobillər texniki cəhətdən yararsız haldadırsa, hərəkətinə məhdudiyyət qoyulmalıdır. Bu məsuliyyət isə DYP əməkdaşlarının üzərinə düşür.

©avtosfer.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287