AVTO

Sürücülər üçün pulsuz parklanma yerləri ayrılacaq – FƏRMAN
11 OKTYABR
1036

Sürücülər üçün pulsuz parklanma yerləri ayrılacaq – FƏRMAN

2017-10-11 11:16:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.15.13-cü və 3.15.14-cü yarımbəndlər əlavə edilsin:

“3.15.13. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır və onlara fərdi parklanma talonu verir;

3.15.14. fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin edir.”.

4.9.16-cı yarımbəndə “dayanacaq” sözündən sonra “meydançaları və parklanma” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 4.15.9-1-ci yarımbənd əlavə edilsin:

“4.15.9-1. dövlət avtomobil yollarında parklanma yerlərinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflər vermək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296