AVTO

Porsche satışlarını 7% artırıb
07 AVQUST
131

Porsche satışlarını 7% artırıb

2017-08-07 10:08:00

Porsche AG, 2017-ci ilin ilk yarısına dair fəaliyyət nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, marka, gəlirlərini, satışlarını və işçilərinin sayını artırıb.

İlin ilk altı ayında Porsche-nin mənfəəti 16 faiz artımla 2,1 milyard avroya yüksəlib.

Gəlirlər isə 8 faiz artaraq 11,8 milyard avroya çatıb.

Avtomobil satışları da 7 faiz artaraq 126 min 497-ə çatıb. Şirkətin işçilərinin sayı 12 faiz artaraq 29 min 280ə çıxıb.

Porsche AG-nin İdarə Heyətinin sədri Oliver Blume deyib: "Əldə etdiyimiz güclü maliyyə nəticələri, gələcək üçün möhkəm təməl yaradır. Porsche, bu gün yeni 911 GTS, 911 GT3, 911 Turbo S Exclusive və 911 GT2 RS daxil  idman avtomobillərilə yanaşı, elektrikli hibrid və tamamilə elektrikli avtomobilləri əhatə edən gələcəyin texnologiyalarına də sərmayə qoyur".

Porsche tamamilə elektrikli idman arabasını inkişaf etdirmək üçün 1 milyard avro məbləğində sərmayə qoyur. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288