AVTO

Bakıda satılmayan təzə maşınlar ucuzlaşdı – QİYMƏTLƏR
01 NOYABR
3547

Bakıda satılmayan təzə maşınlar ucuzlaşdı – QİYMƏTLƏR

2016-11-01 15:55:00

İqtisadi  durğunluq əsas təsir göstərdiyi sahələrindən biri avtomobil bazarıdır. İkinci əl avtomobil bazarında azda olsa alıcı tapılır. Fins.az-ın məlumatına görə, mövcud vəziyyətdən daha çox yeni avtomobillərin satışı həyata keçirən rəsmi dilerlər əziyyət çəkir. Şirkətlər yeni modelləri dolların məzənnəsinə uyğun bahalaşdırsalar, ötən ildən satılmayaraq anbarda qalan avtomobilləri ucuzlaşdırmağa məcbur olurlar. Fins.az-ın məlumatına görə, növbəti dəfə Bakıda 2015-ci ildən satılmayan və stokda qalan “Chevrolet”lər ucuzlaşıb. “Chevrolet” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Performance Center” şirkətindən fins.az-a verilən məlumata görə, istehsal tarixi 2015-ci ilə aid “Chevrolet”lərin nağd alıcılarına 15%-ə kimi endirim təklif edilir. 

“Chevrolet Niva”lar 1800 manat ucuzlaşıb

“Chevrolet Niva” modelləri 7 % ucuzlaşıb. Adi qaydada 19 040 manata satılan bu avtomobilləri indi 17 950 manata təklif edirlər. “Aveo”ların mexaniki sürət qutulu versiyaları 1575 manat endirimlə 18 114 manata satılır. Avtomobil sürət qutulu “Aveo”lar isə  1 741 ucuzlaraq 20 027 manat olub.

“Cruz”, “Orlando” və “Trax”larda  2500 manata kimi endirim

“Chevrolet Cruz” və “Chevrolet Orlando”  modellərinin qiymətləri isə 2 min manat  kimi aşağı düşüb. 2015-ci il model “Cruz Sedan” avtomobilinin mexaniki sürət qutulu versiyası 23 300 manatdan 21 400 manata kimi ucuzlaşıb. Avtomat sürət qutulu modeldə endirim 2110 manat təşkil edir. Əvvəl 26 510 manata satılan maşın indi 24 400 manatdır. “Performance Center” cəmi 1 ədəd qalan  “Trax” modelini  2 468 manat ucuzlaşdıraraq 28 900 manata satır. “Orlando” odelinin qiyməti isə 2 568 manat aşağı düşüb. 32 773 manata satılan avtomobil indi 30 205 manat olub. 

Ən böyük  ucuzlaşma - 3767 manat

Ən böyük ucuzlaşma isə  “Captiva” modelində müşahidə edilir. 2.4 l mühərrikli  avtomobil 3600 endirimlə 43070 manata təklif edilir. 3.0 l mühərrikli “Captiva”  isə 3 767 manat ucuzlaşaraq 49152 manatdan 45 385 manata düşüb. 

“Yeni ilə kimi 2015-ci il avtomobillərin satışını bitirmək istəyirik”

“Performance Center” şirkətindən verilən məlumata görə, məqsəd ötən ildən qalan avtomobillərin daha tez satılmasıdır: “Belə ki, artıq 2016-cı il yekunlaşmaq üzrədir. Yeni ildən isə artıq yeni modellər gətiriləcək. Ona görə də stokda qalan avtomobillərin  satışı daha da sürətlənməlidir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274