AVTO

Şirkətlər üçün avtomobil servisi güzəştləri –  YENİ KAMPANİYA
31 OKTYABR
453

Şirkətlər üçün avtomobil servisi güzəştləri –  YENİ KAMPANİYA

2016-10-31 13:07:00
Bakıda fəaliyyət göstərən şirkətlər üçün avtomobil servisi xidməti ucuzlaşıb. Fins.az-ın məlumatına görə, söhbət korporativ avtomobil xidmətlərindən gedir. Endirim kampaniyasını  «AvtoFiks» şirkəti həyata keçirir. Şirkətin marketinq meneceri Bəhram Əliyev fins.az-a bildirib ki, oktyabr ayının 27-dən etibarən  korporativ müştərilərə  avtomobillərin təmir xərclərində və xidmətlərdə 15% endirim təklif edilir. 
B.Əliyev bildirib ki, artıq 3 ildir ki, «AvtoFiks» adi  müştərilərlə yanaşı, iri şirkətlərə də avtomobillərlə bağlı xidmət təklif edir. Müştərilər arasında banklar, sığorta, turizm və tikinti şirkətləri var. O bildirib ki, avtomobillərin  sayından asılı olmayaraq bütün şirkətlərə avtomobil xidmətləri göstərilə bilər. Bura avtomobilə dəyən zərərin dəyərləndirilməsi, kuzov təmiri, diaqnostika, razval/balans, texniki qulluq (detalların dəyişməsi), cilalama («polirovka») və rəngləməyə kimi bütün xidmətlər daxildir. 

«Qiymətlərimiz rəsmi servisdən 30-40% ucuzdur» 

Rəsmi servislərlə adi servislər xeyli qiymət fərqi olur. Avtomobil şirkətlərinin servisləri  xidmətin baha olmağını onun kefiyyəti ilə əsaslandırırlar. B.Əliyev bildirib ki, “AvtoFiks”in xidmət kefiyyəti heç də rəsmi servislərdən geri qalmır. Üstəlik təmir xərci rəsmi servisdən 30-40 % ucuzdur. Məsələn, adi qaydada “Porsche” avtomobillərinin razval-balans xidməti 30-70 manat arasında dəyişir. “AvtoFiks” isə bu xidməti müştərilərinə 20-40 manata təklif edir. 

“Şirkətlərə bu xidmətləri pulsuz təklif edirik” 

Bəzi xidmətləri isə “AvtoFiks” müştərilərə pulsuz göstərir. B.Əliyev bildirib ki, təmirlə bağlı işlər yekunlaşdıqdan sonra avtomobillərin yuyulma xidməti pulsuz həyata keçirilir. Qəzaya uğrayan avtomobillərə dəyən ziyanın qiymətləndirilməsini “AvtoFiks” öz hesabına aparır. B.Əliyev bildirib ki, adətən bu xidmətdən sığorta şirkətləri daha çox istifadə edir. Belə ki, qəzaya uğrayan avtomobilə dəyən ziyan əvvəlcə qiymətləndirilir. Daha sonra avtomobilin təmirinə başlanılır.
Bundan əlavə, avtomobilləri çox olan iri müştərilərə VİP növbədənkənar qəbul xidməti təklif edilir. “AvtoFiks” həmin şirkət üçün  xüsusi işçi ayırır. Bu işçi müştərinin tələb etdiyi xidmətlərin operativ yerinə yetirilməsinə nəzarət edir. 

Xidmət haqqını aylıq da ödəyə bilərlər 

Şirkətin öz müştərilərinə təqdim etdiyi növbəti üstünlük isə ümumiyyətlə fərqlidir. Belə ki, adətən iri şirkətlərə avtomobil servisi ilə bağlı müqavilə ilin əvvəlində bağlanılır, xidmət haqqı da əvvəlcədən ödənilir. Amma B.Əliyev əlavə edib ki, korporativ müştərilərin təklifləri əsasında xidmət haqqı aylıq da ödənilə bilər. 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275