AVTO

Şəxsi avtomobillərdən istifadə edənlər azalıb
24 AVQUST
369

Şəxsi avtomobillərdən istifadə edənlər azalıb

2016-08-24 09:41:00

2016-cı ilin yanvar-iyulunda daxili bazarda neft və neft məhsuları istehlakı 1 milyon 912,7 ton olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə daxili bazarda neft və neft məhsuları istehlakı 11,4% artıb. Neft məhsullarının 30,3%-i avtomobil benzini, 29,5%-i mazut, 22,6%--i dizel yanacağı, 4,8%--i aviakerosin 4,4%-i kimya sənayesi üçün benzin, 4%-i maye qaz (LPG) olub.

Əsas neft məhsullarının cədvəli (min ton)

Adı

2016-cı ilin yanvar-iyulu

2015-ci ilin yanvar-iyulu ilə müqayisədə (в %)

Avtobenzin

578,8

89,0

Dizel yanacağı

431,7

85,1

Mazut

564,3

2,6 dəfə

kimya sənayesi üçün benzin

84,1

77,4

aviakerosin

92,1

102,8

Neft bitumu

57,8

85,4

Maye qaz (LPG)

76,3

164,4

Yağ və sürtkü materialları

19,1

86,8

Digər neft məhsulları

8,5

74,6

Cəmi

1 912,7

111,4

Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 7 ayında avtobenzin və dizel yanacağı istehlakı 11% və 14,9% azalıb. Bu, onu göstərir ki, əhali şəxsi avtomobillərdən daha az istifadə etməyə başlayıb.

Maye qazdan istifadənin artması isə Baku-Bus şirkətinin avtobuslarının bu yanacaqdan istifadəsi ilə bağlıdır. 

Mənbə: Turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275