AVTO

“KİA”lar Rusiyadakından nə qədər bahadır?- ARAŞDIRMA
19 APREL
1072

“KİA”lar Rusiyadakından nə qədər bahadır?- ARAŞDIRMA

2016-04-19 12:27:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az-ın məlumatına görə,  bahalı avtomobil markaları ilə yanaşı,  qiymət fərqini nisbətən ucuz markalardada müşahidə etmək olar. Fins.az bu dəfə “Kia” avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb. “Audi” və “Mercedes”lərdən fərqli olaraq  bu modellərdə qiymət fərqi aşağıdır.Belə ki, Azərbaycanda satılan yeni “Kia”lar Rusiyadan 1500 -8 min dollar bahadır. 

“Cerato”lar 1500 dollar bahadır

“Kia ” avtomobilləri arasında ən az qiymət fərqi  “Cerato” modellərindədir. Belə ki, 1.6 l mühərrikli yeni “Cerato” Rusiyada 16 059 dollara, Azərbaycanda isə 17500 dollara satılır. Bu avtomobilin 2.0l mühhərrikli versiyasında da qiymət fərqi 1500  dollardır.

“Soul” və “Sportage”avtomobilləri 3 min dollar bahadır

 2.0l mühhərrikli “Soul” modellərini Rusiyadan almaq yerli müştəriyə 3 min dollar daha ucuz başa gələ bilər. Yəni, Bakıda 17 828 dollara satılan bu modeli Moskvada 14 316 dollara almaq olar. Yeni “Sportage” modelləri də  Rusiya bazarı ilə müqayisədə 3 min dollar bahadır. 

 

“Sorento”lar  qiymət fərqi - 5500 dollar

“Sorento” modellərində qiymət fərqi bir qədər də artaraq 5500 dollara çatır. Məsələn, 2.4 l mühərrikli  “Sorento” Bakıda 28 684 dollara satıldığı halda, Moskvada bu modeli sifariş etmək  23 104 dollara başa gəlir. 

“Rio”lar Rusiyadakından ikiqat bahadır

Maraqlıdır ki, sadalanan “Kia” modelləri  arasında ən ucuzu olan “Rio”larda qiymət fərqi daha çoxdir.  Belə ki, bu modeli Rusiyadan alanlar 6 min dollar qənaət etmiş olarlar.  Bu model Bakıda 14 144 dollara, Moskvada isə cəmi 7786 dollara satılır.

“Optima”lar 8 min dollar bahadır

Ən böyük qiymət fərqi isə 2.4 l mühərrikli “Optima” modellərində müşahidə edilir. Bu model 8 min dollar baha olmaqla 32 236 dollara təklif edilir. (Rusiyada 24 089 dollar).

Bəzi modellər Rusiyada istehsal edilir”

Qiymət fərqi ilə bağlı “KİA Motors Azərbaycan” şirkətinin öz səbəbləri var. Şirkətin satış departamentindən fins.az-a verilən məlumata görə,  Rusiya “KİA” avtomobilləri üçün fərqli bir bazardır. Belə ki, hazırda Rusiya bazarı üçün nəzərdə tutulan bəzi modellər elə  Rusiyada istehsal edilir. Məsələn, buna “Kia Rio” modelini misal göstərmək olar. Bu modelin ehtiyat hissələrinin 70 %-i Rusiyada hazırlanır.  Bu isə sözsüz ki qiymətlərə təsir göstərir. “Rio” ilə yanaşı, “Optima” və “Sportage” modellərinin də Rusiyada istehsalına başlanacaq.

Devalvasiya qiymətlərə təsir göstərib

 Şirkətdə iddia edirlər ki, digər səbəb manatın devalvasiyasıdır. Belə ki, ötən ilin sonuna kimi  “Kia”ların qiyməti Rusiyada satılanlarla eyni olub. Amma manatın ucuzlaşması istər-istəməz qiymətlərə də təsir göstərib.

KİA

Mühərrik

Azərbaycanda (dollar)

                            Rusiyada

rubl

dollar

  Rio

 1.4l

 14 144

513 900

 7 786

 Optima

  1. 4 l

 32 236

1 589 900

24 089

  Cerato

1.6 l

17 500

1 059 910

16 059

   Cerato

2.0 l

 18300

1 109 910

16 816

Sorento

2.4l

28684

 1 524 900

23 104

 Soul

2.0l

17 828

944 900

 14 316

Sportage

2.0l

22 631

1 305 000

 19 700

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272