SƏNAYE

Mingəçevir və Lənkəranda qaz xətləri zədələnib
29 İYUL
151

Mingəçevir və Lənkəranda qaz xətləri zədələnib

2019-07-29 10:12:00

İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb. 

Bu barədə Finsaz-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR" “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. 

Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb.

Lənkəran rayonunda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abunəçi qazsız qalıb. 

“Azəriqaz” hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır