SƏNAYE

Azərbaycanın ixrac etdiyi neft və qazın məbləği açılanıb
15 MAY
162

Azərbaycanın ixrac etdiyi neft və qazın məbləği açılanıb

2019-05-15 17:25:00

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 12 mln. 61,695 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə Fins.az-a  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“Cari ilin yanvar-aprel aylarında Azərbaycandan ixrac olunmuş $5 mlrd. 678 mln. 799,44 min dəyərində neftin bəyan edilmiş həcmi 12 mln. 61,695 min ton təşkil edib”, - Komitədən bildirilir.2018-ci ilin yanvar-aprel aylarında ixrac edilmiş $4 mlrd. 631 mln. 311,68 min məbləğində neftin bəyan edilmiş həcmi 9 mln. 338,941 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 29,2%, dəyər ifadəsində 22,6% artıb.

2019-cu ilin yanvar-aprel aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş $637 mln. 955,85 məbləğində qaz həcminin ixracı 4 mlrd. 39 mln. 658,12 min kubmetr təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycandan $342 mln. 922,61 min məbləğində bəyan olunmuş qazın ixracı 1 mlrd. 893 mln. 203,57 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı say ifadəsində 2,1 dəfə, pul ifadəsində 86% artıb.

2018-ci ildə Azərbaycandan $15 mlrd. 719 mln. 482,37 min məbləğində bəyan olunmuş neftin ixracı 29 mlrd. 498,337 mln. 12,99 min, $1 mlrd. 499 mln. 385,84 min məbləğində 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027