SƏNAYE

Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilib
18 MART
178

Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilib

2019-03-18 21:37:00

Bu ilin fevral ayında OPEC+ sazişi 90 faiz həcmində yerinə yetirilib ki, bu da yanvar ayına nisbətən 83 faiz çoxdur. Fins.az-ın məlumatına görə,bunu Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin  13-cü iclası çərçivəsindəki mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının enerji, sənaye, təbii sərvətlər naziri Xalid Əbdül Əziz əl-Falih bildirib. Tədbirdə iştirak edən bütün ölkələrin yaxın aylarda könüllü şəkildə neft hasilatını azaldacaqlarını həm kollektiv halda, həm də ayrı-ayrılıqda Komitəyə bəyan ediblər. Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü. 2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb. OPEC-in mart ayı üzrə hesabatına əsasən, bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027