SƏNAYE

Azərbaycanda dizel yanacağı istehsalıyla bağlı yenilik
16 MART
662

Azərbaycanda dizel yanacağı istehsalıyla bağlı yenilik

2019-03-16 14:18:00

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 461,1 mln. manat dəyərində neft məhsulları istehsal edilib. Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% çoxdur. Hesabat dövründə 199,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu məhsulunun istehsalında 4,6% azalma qeydə alınıb. Bu il martın 1-i tarixinə ölkədə 78,4 min ton həcmində avtomobil benzini ehtiyatı olub. Bu ilin iki ayı ərzində 339,4 min ton dizel yanacağı, 53,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft istehsal edilib. Dizel yanacağının istehsalı 3,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 43,6%, ağ neft istehsalı 16,7% artıb. Hesabat dövründə 9,7 min ton yanacaq mazutu, 2,4 min ton sürtkü yağları, 24,3 min ton neft bitumu, 40 min ton neft koksu istehsal edilib ki, yanacaq mazutunun istehsalında 21,8%, sürtkü yağlarının istehsalında 4%, neft bitumunun istehsalında 33,2%, neft koksunun istehsalında 1,2% azalma qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269