SƏNAYE

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin birgə ticarət sərgisi keçiriləcək
10 DEKABR 2018
90

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin birgə ticarət sərgisi keçiriləcək

2018-12-10 11:14:00

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin birgə ticarət sərgisi keçiriləcək.

Fins.az "Report"-a istinadən xəbər verir ki, sərgi 2019-cu ilin aprel ayında baş tutacaq.

Sərgidə farmakoloji, tibbi, kosmetik məhsullar, cərrahi alətlər, elektrik cihazları, tekstil, idman geyimləri, mebel, ev əşyaları, qida məhsulları və aksesuarlar nümayiş olunacaq.

Pakistanın Ticarətin İnkişafı İdarəsinin məlumatına görə, sərgidə iştirak haqqı 80 min rupiyə qədər (təxminən, 1910 AZN) olacaq. İştirak etmək istəyən şirkətlər dekabrın 17-dək müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256