SƏNAYE

Arıçılıqda qışlamanı necə təşkil etməli?
27 NOYABR
132

Arıçılıqda qışlamanı necə təşkil etməli?

2018-11-27 15:31:00

Qış fəslinin yaxınlaşması il əlaqədar olaraq Heyvandarlıq Elmi - Tədqiqat İnstitutu arıçı fermerlərə qışlama dövrünün düzgün təşkil olunması ilə bağlı tövsiyyələr verib. 

Arı yeşiklərinin şimal tərəfi qapalı, cənub tərəfi isə açıq və üstü bağlı bir yerdə olmalıdır. Yeşiklər külək vurmayan, su yığılmayan və nəm saxlamayan yerdə yerləşdirilməlidir. Yeşiklərin yerdən 30-40 sm hündürlükdə hər hansı bir səth üzərinə qoyulması mütləqdir. Pətək daxilində temperatur 14 ͦ C-yə düşdükdə arılar bir yerə toplaşaraq "qış salxımı" yaradırlar

Salxımın mərkəzində temperatur 33 ͦ C, kənar səthində isə 5-8 ͦ olur. Hər hansı səbəbdən salxımdan yıxılan arı bir daha salxıma çıxa bilmir və ölür. Buna görə də qışlıq olaraq seçilən məkan gurultu, titrəyiş və səsdən kənar bir yer olmalıdır. Uşuş dəlikləri içəridəki arılı çərçivələrin sayına əsaslanaraq uyğun bir materialla daraldılmalıdır. Yeşiklər azca ön tərəfə doğru əyilmiş yerləşdirilməlidir. Çat, qırıq və deşik yeşiklər istifadə olunmamalıdır. Yeşiyə arıların qidalanması üçün kifayət qədər yem qoyulmalıdır. Xəstəliklərə qarşı bütün vaksinasiya prosesləri aparılmalıdır.

 Eləcə də bax:Rusiyada satılan məhsullar Azərbaycanda saxtalaşdırıldı

©agrobiznes

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255