SƏNAYE

Şimal-Qərb regionunda bu il 7 yeni yarımstansiya istifadəyə verilib
23 NOYABR
106

Şimal-Qərb regionunda bu il 7 yeni yarımstansiya istifadəyə verilib

2018-11-23 12:27:00

 “Azərişıq” ASC tərəfindən ölkəmizin Şimal-Qərb regionunda istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 11 ayı ərzində əsaslı işlər görülüb.

“Şimal-Qərb” RETSİ-nin inzibati ərazisinə daxil olan Oğuz Elektrik Şəbəkəsi üzrə 2018-ci ilin 11 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 35/10 kV-luq "Oğuz" Y/st-da 2 ədəd 10 MVA gücündə transfarmator quraşdırmaqla yeni müasir tipli yarımstansiya tikilib istifadəyə verilib. Balakən rayonunun Kortala kəndində daxili imkanlar hesabına 35/10 kV-luq Y/st-nın da  tikintisinə başlanıb.  Qəbələ rayonunda isə 110/35/10 kV-luq "Qəbələ" Y/st-dakı 1 ədəd 16 MVA və 1 ədəd 25 MVA transformatorun əvəzinə 2 ədəd 40 MVA gücündə transformator quraşdırılmış və Y/st müasir üslubda yenidən qurulub. Həmçinin, Vəndam qəsəbəsində 2 ədəd 16 MVA gücündə transformator quraşdırılaraq, 35/10 kV-luq "Vəndam" Y/st tikilib istifadəyə verilib.  “Şimal-Qərb” RETSİ-nin inzibati ərazisinə daxil olan İsmayıllı EŞ-nin 110/35/10 kV-luq "İsmayıllı" Y/st-dakı 1 ədəd 16 MVA və 1 ədəd 10 MVA transformatorun əvəzinə 2 ədəd 16 MVA gücündə transformator quraşdırılaraq moderinzasiya işi aparılıb. Rayonun Topçu kəndində isə 1 ədəd 10 MVA gücündə transformator quraşdırılmaqla 110/35/10 kV-luq "Topçu" Y/st fəaliyyətə başlayıb. Y/st-nın 10 kV-luq Qafqaz hava xətti ilə əlaqələndirilməsi üçün 50 ədəd dayaq basdırılaraq, 1.5 km uzunluğunda iki dövrəli xətt çəkilib.  Daha bir yarımstansiya Şamxı rayonunda istifadəyə verilib. Rayonun Nəsimi qəsəbəsində 2 ədəd 10 MVA gücündə transformator quraşdırılaraq, 35/10 kV-luq "Nəsimi" Y/st tikilib və 5 ədəd 10 kV-luq EVX həmin Y/st-nın üzərinə köçürülüb.

Bu ilin 11 ayı ərzində Şimal- Qərb RETSİ üzrə ümumilikdə 48 ədəd yeni quraşdırılmış KTM 10-0,4 kV-luq şəbəkəylə əlaqələndirilib, 500-ə yaxın transformatorda cari təmir işləri aparılıb. Ərazidə istismar müddəti başa çatmış müxtəlif gərginlikli 5600 ədəddən çox dayaq yeniləri ilə əvəzlənmiş 450 km məsafədən artıq hava xətlərində təmir işləri başa çatdırılıb. Hesabat dövründə Şimal-Qərb regionu üzrə 2373 yeni sayğac quraşdırılaraq abonentlərin istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255