SƏNAYE

SOCAR-ın Gürcüstandakı terminalından neft nəqli azalıb
30 İYUL
119

SOCAR-ın Gürcüstandakı terminalından neft nəqli azalıb

2018-07-30 11:41:00

SOCAR-ın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi Neft Terminalı bu ilin yanvar-may aylarında 0,6 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb. Ötən ilin analoji göstəricisi ilə müqayisədə nəql olunmuş neft və neft məhsullarının həcmi 0,2 mln. ton azdır.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 6,5 mln. ton yük emal edib. Bu da 2017-cı ilin eyni dövrü ilə müqayisədə 0,5 mln. ton azdır.

Bu ilin ilk beş ayı ərzində qonşu ölkənin Poti limanı 2,6 mln. ton, Batumi limanı 1,5 mln. ton, Supsa neft terminalı isə 1,8 mln. ton yük emal edib.

Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 172 133 ədəd təşkil edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 27 457 konteyner çoxdur.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259