SƏNAYE

Pomidorun ixracı zamanı hansı tələblərə əməl olunmalıdır?
19 İYUL
123

Pomidorun ixracı zamanı hansı tələblərə əməl olunmalıdır?

2018-07-19 14:56:00

“Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində pomidor ixracının sertifikatlaşdırılması üzrə seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd fitosanitar müfəttişlərin bilik və bacarıqlarının artırılması, bitki və bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq və milli qanunvericiliyin, xüsusilə Azərbaycanda istehsal edilən pomidor məhsulunun ixrac zamanı fitosanitar tələblərə uyğun olaraq sertifikatlaşdırılması qaydalarının aşılanması olub.

Seminarda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Fitosanitar Nəzarəti şöbəsinin müdiri X. Dadaşova ölkəmizdə yetişdirilən pomidor məhsulunun keyfiyyət göstəriciləri haqqında danışıb və pomidor məhsulunun ixracı sahəsində fitosanitar tələblərə əməl olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd  Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşı Vüqar Bəşirov əhalinin sağlam qida ilə təmin olunmasının qarşıda duran əsas vəzifə oldğunu və bunun üçün FAO ilə Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

Sonda beynəlxalq ekspert Olqa Lavrentyeva tədbir iştirakçılarına fitosanitar nəzarət və diaqnostik xidmətlərin gücləndirilməsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan təqdimatlar nümayiş etdirib.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259