SƏNAYE

İmişlidə 327 ton yun istehsal olunub
04 İYUL
114

İmişlidə 327 ton yun istehsal olunub

2018-07-04 12:01:00

İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı qoyunçuluğun inkişafına da xüsusi diqqət yetirilir. Qoyunun əti, yunu və süd məhsulları bazarlarda yüksək qiymətə satıldığından rayonda təsərrüfatın bu sahəsinə maraq artır, sürülərdə qoyun-quzunun baş sayı çoxalır. İndi onlarla fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürür.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 253 min 13 baş qoyun bəslənilir ki, bu da ötən ildəkindən 159 baş çoxdur. Artıq qoyunçuluq təsərrüfatlarında yaz yun qırxımı başa çatıb. Fermerlər bəslədikləri qoyunlardan ümumilikdə 327 ton yun qırxıblar. Hər qoyundan 1,7 kiloqram yun əldə olunub. Ötən il isə bu rəqəm 1,6 kiloqram olub. Ayrı-ayrı fərdi təsərrüfatlarda isə yun istehsalı daha yüksək olub. Rayonun Cavadxanlı kənd sakini, fermer Əliqismət Fətullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O bəslədiyi 666 baş qoyunun hər birindən 2 kiloqram yun götürüb.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255