SƏNAYE

Azərbaycanda yaz fəslində nələr əkilib? - RƏQƏMLƏR
27 İYUN
270

Azərbaycanda yaz fəslində nələr əkilib? - RƏQƏMLƏR

2018-06-27 17:03:00

Respublikada iyun ayının 1-nə kimi 439,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,0 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9,0 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyun ayının 1-nə kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 faiz çox) kartof, 217,0 min ton (56,2 faiz çox) tərəvəz, 13,1 min ton (17,3 faiz çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0 faiz çox) yaşıl çay yarpağı yığılıb.

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256