SƏNAYE

Rusiyada yayılan quş qripi Azərbaycana keçə bilərmi? - RƏY
25 İYUN
117

Rusiyada yayılan quş qripi Azərbaycana keçə bilərmi? - RƏY

2018-06-25 11:45:00

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın 36 quşçuluq müəssisəsindən quş əti idxalını dayandırıb. Buna səbəb quş qripi təhlükəsidir. 

Beynəlxalq epizootik büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb. Bu səbəbdən Qazaxıstan Rusiyadan bütün quş əti məhsullarının, eləcə də, yumurtanın idxalını qadağan edib. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Xatırladaq ki, bundan əvvəl Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırmışdı. Bu qərara səbəb vilayət ərazisində ev quşlarında quş qripinin qeydə alınması idi. Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı da qadağan olunmuşdu. 

Azərbaycanda quş əti istehsalı yerli bazarı təmin etsə də, yemə olan təlabatın yalnız 10-15 faizi yerli istehsal hesabına ödənilir. Azərbaycana Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələrdən quş yemi idxal olunur.

Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirir ki, Azərbaycan quş yemi kimi Rusiyadan qarğıdalı, buğda idxal edir: “Hazırda biçin başlamayıb, biçindən sonra məsələyə baxacağıq.  Bu məhsulların yararlı olub-olmadığı yoxlanılacaq”. 

O ki qaldı quş qripi təhlükəsinə, A.Vəliyev yerli quşçuluq təsərrüfatlarında hər hansı xəstəliyin olmadığını bildirdi: “Azərbaycan Rusiyadan nə toyuq, nə də yumurta idxal edir. Bu baxımdan, istehlak bazarında hər hansı təhlükə yoxdur”. (oxu.az)

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273